HajMaBooks

Şəriət hökmlərinin izahi

  • Kitabın Yazarı: Ayətullah Fazil Lənkərani ,
  • Kitabın Kateqoriyaları: Din ,
  • Səhifə Sayı: 369
  • Buraxılış İli: 2006
  • Kitabı Satan: Emil Babayev
  • Kitabın Dili: Azərbaycan dili
Pulsuz

Tab Article

Üsuli-dində təqlid etmək caiz deyildir. Müsəlman bir şəxs üsuli dində yəqinə çatmalıdır. Dinin qeyri-zəruri hökmlərində isə ya müctehid olub öz ictihadına uyğun əməl etməli, ya müctehidə təqlid etməlidir (yə’ni onun göstərişlərinə müvafiq olaraq əməl etməlidir), ya da ehtiyatın keyfiyyətinə agah olduğu halda ehtiyata əməl etməlidir ki, öz şər’i vəzifəsini yerinə yetirdiyinə yəqin etsin. Məsələn, əgər müctehidlərdən bə’ziləri müəyyən bir əməlin haram olduğunu, bə’ziləri isə haram olmadığını deyirlərsə o əməli yerinə yetirməsin. Habelə, əgər müəyyən bir əməli bə’ziləri vacib, bə’ziləri isə müstəhəb hesab edirlərsə, o əməli yerinə yetirsin. Həmçinin ehtiyatın keyfiyyətində də ehtiyata əməl etmək vacibdir, yə’ni əgər bir neçə yolla ehtiyat etmək mümkün olarsa, ehtiyata müvafiq olan yolu seçsin.

Rəy Bildir

 

Brand Slider

Bütün Yazarlar

Stella Grey

Qamar khanum Cavadlı

İntigam Aliyev

Jack London

Alexander Polar

Vladimir Dal

Andrey Shlyakhov

M.J. Ryan

Stephen King

Nina Kiriki Hoffman

Dana Delon

Natalya Alexandrova