HajMaBooks

Şəriət hökmlərinin izahı

  • Kitabın Yazarı: Ayətullahül-üzma Nasir Məkarim Şirazi ,
  • Kitabın Kateqoriyaları: Din ,
  • Səhifə Sayı: 363
  • Buraxılış İli: 2012
  • Kitabı Satan: HajMa
  • Kitabın Dili: Azərbaycan dili
Pulsuz

Tab Article

1. İlk mətni mərhum Ayətullah-üzma Bürucerdinin dövründə onun fətvaları əsasında hazırlanmışdır. Qum elmi hövzəsinin bir neçə alimi tərəfindən görülmüş bu iş fiqhi hökmlərin xalqa aydınlaşdırılmasında tə’sirli və ilk addım idi. Qədim risalələrdə mürəkkəb fiqh terminləri oxucular üçün xeyli problem yaradırdı. Amma qeyd olunan risalədə həm terminlər işlədilməmişdir, həm cümlələr sadə və aydın idi, həm də dəqiqlik vardı. Bu səbəbdən də uyğun risalə mö’min zümrənin dini Məsələlərlə tanışlıq istiqamətində böyük tə’sirə malik oldu. Böyük alim dünyasını dəyişdikdən sonra tanınmış təqlid mərcə’si həmin mətn üzərində işləyib öz fətvalarını ona daxil etdi. Beləcə, uyğun ən’ənə bəyənilərək davam etdirildi. Amma uyğun risalənin cümlələri mərhum Ayətullahül-üzma Bürucerdinin fətvaları üçün nəzərdə tutulduğundan zaman ötdükcə və başqa böyük alimlərin fətvaları buna əlavə olunduqca müəyyən uyğunsuzluqlar meydana çıxdı və kitab ilkin səlisliyini itirdi. Belə ki, son dövürlərdə məsələlərin şərhi risaləsi yenidən mürəkkəbləşdi, onu anlamaq çətinləşdi. Hətta bə’zi məqamlarda ziddiyyətlər müşahidə olundu. 2. Digər bir tərəfdən, böyük mərcələrin sıx iş rejimi onlara imkam vermir ki, öz fitvlarını bütün məsələlərə tətbiq etsinlər və ətraflı dəyişiklik aparsınlar. Adətən bu iş alimlər qrupuna və ya bir fərdə tapşırılır. Aydın Məsələdir ki, şəriət baxımından mö’təbər sayılsa belə, diqqət baxımından təqlidçi təqlid mərcə’sindən fərqlənir. 3. Bütün bunlarla yanaşı, sür’ətlə dəyişən cəmiyyət vaxtı ötmüş mövzuların risalələrdən çıxarılmasını tələb edir. Bu məsələlərin əvəzində ən çox mühüm məsələlərə yer verilməlidir. Yalnız bu halda müsəlman ümməti fiqhi suallarını cavablandırmaq olar.

Rəy Bildir

 

Brand Slider

Bütün Yazarlar

George Crrideside

Erich Maria Remarque

Salam Gadirzade

Duncan Clark

Mark Lutz

Tanith Lee

Rajaa Alsanea

Ayətullahül-üzma Nasir Məkarim Şirazi

Domenico Starnone

Alexa Riley

Nancy Horowitz Kleinbaum

Christine Gross-Loh